Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək – VİDEO

    15

    Bakıda sabah keçiriləcək hərbi parada hazırlıq işləri yekunlaşıb. Artıq möhtəşəm paradda iştirak edəcək bir sıra texnikalar Azadlıq Meydanının yaxınlıqına gətirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə hərbi paradda 240-dan çox texnika 70-dən artıq uçuş vasitəsi, 4000 nəfərədək şəxsi heyət iştirak edəcək.

    Bakıda keçiriləcək hərbi paradla əlaqədar olaraq Azərbaycan Silahlı Qüvvələrinə məxsus müxtəlif növ döyüş texnikaları və silahlar paytaxtın mərkəzinə, Azadlıq meydanının yaxınlıqına gətirilib. Meydandankı hazırlıq işləridə yekunlaşmaq üzrədir .

    Bu gün səhər saatlarında da təlimlər davam etdirilib, təyyarə və helikopterlərin hazırlıq uçuşlarının ardından müxtəlif qoşun növlərinə aid şəxsi heyyət də son dəfə təntənəli marşla şəhərin mərkəzi küçələrindən keçid ediblər.

    Müdafiə Nazirliyindən verilən məluamata görə sabah baş tutacaq paradda 240 dan çox texnika, 70 dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. .

    Paradda həmdə Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edəcək.O cümlədən hərbi paradda Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Bəə, Gürcüstan, İran, İsrail, Qazaxısan, Özbəkistan, Rusiya, Səudiyyə ərəbistanı və Ukraynada daxil olmaqla 13 ölkədən 100-dək nümayəndənin də iştirakı gözlənilir.

    Qeyd edək ki, hərbi paradla əlaqədər artıq Azadlıq meydanına çıxan yollarda nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib. Bu gecədən etibarən isə meydana gətirən bu yollar bağlanılacağ.