Sabah Türkiyə İngiltərə ilə müqavilə imzalayacaq

417

Hurriyyet.org xəbər verir ki, İngiltərə Türkiyə ilə azad ticarət müqaviləsi imzalayacağını rəsmən bəyan edib.

İngiltərənin Xarici Ticarət naziri Elizabet Trass Türkiyə dövləti ilə ticarət müqaviləsinin yaxında imzalanmasının planlaşdırılıdığını bəyan edib. Türkiyənin Ticarət naziri Ruhsar Pekcan da Breksit prosesini yaxından müşahidə elədiklərini, çərşənbə axşamı günü İngiltərə iləTürkiyə arasında razılaşma imzalanmasının layihəsinin hazır olduğunu bildirmişdi.

Bu müqavilə İngiltərənin Avropa İttifaqı ilə əldə elədiyi ticarət müqaviləsinin ardından imzalayacağı ilk ticarət razılaşması olacaqdır.

Trass deyib: “Bu həftə gömrüksüz ticarət nizamlanmalarını imzalamağı gözləyirik və bu, ticarət əlaqələrimizi  möhkəmləndirəcəkdir”.