Sabah Tofiq Yaqublunun məhkəməsidir – Hakim məşhur şəxsin oğludur / DOSYE

192

Sabah – 19 iyun saat 10:00-da Bakı şəhər Nizami rayon məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə iclası (baxış iclası) keçiriləcək.

Hurriyyet.org
yeniavaz.com-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 221.3 maddəsilə (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunan Tofiq Yaqublunun işinə hakim Əhmədov Rauf Tağı oğlu baxacaq.
Qeyd edək ki, Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi (1998-2014), Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun oğludur.
Hakim Rauf Əhmədov 1974-cü ildə anadan olub. 2003-cü ildə (29 yaşında) Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Məzun olmazdan 2 il əvvəl, yəni tələbə olduğu zaman Respublika Apelyasiya Məhkəməsində iclas katibi olub. Məzun olduqdan sonra Respublika Apelyasiya Məhkəməsinin İcra şöbəsində icra məmuru, Bakı Apelyasiya Məhkəməsinin İcra şöbəsində böyük icra məmuru və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi olub. 2015-ci ildən etibarən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.