Sabah Almaniyadakı azərbaycanlılar VƏTƏNƏ GƏTİRİLƏCƏK

33

Mayın 19-u vətəndaşlarımız Almaniyadan Azərbaycana təxliyyə olunacaq.

Hurriyyet.org xəbər verir ki, bunu Modern.az-a Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev bildirib.

Diaspor nümayəndəsi çarter reysin Almaniyanın Berlin şəhərindən baş tutacağını deyib:
“İşlə əlaqədar olaraq Berlinə gələn, yaxud da burda təhsil alan tələbələrimiz təxliyyə olunmaq üçün səfirliyə müraciət edirlər. Sabah Bakıya bir təyyarə ilə uçuşun həyata keçirilməsi gözlənilir”.

A.Ağayev Almaniyadakı vətəndaşlarımız arasında koronavirusa yoluxma halının olmadığını diqqətə çatdırıb:

“Çox şükür ki, vətəndaşlarımızdan mövcud virusa yoluxan yoxdur. Azərbaycanlılarla əlaqə saxlayırıq, lazım gəldikdə diaspor komitəsi tərəfindən vətəndaşlarımıza yardım göstərilir. Fuad Muradovun təşəbbüsü ilə təkcə Köln şəhərində 9 nəfər vətəndaşımız qalmaq üçün yerlə təmin olub, onlara maddi dəstək göstərilib”.