“Sabah” “1 nömrə” problemiylə üzləşdi

306

“Sabah” ciddi itki ilə üzləşib. Klubun mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, komandanın əsas qapıçısı Saşa Stamenkoviç sıradan çıxıb.

Belə ki, 35 yaşlı serbiyalı qolkiper məşq zamanı çiynindən xəsarət alıb. Tibbi müayinə zamanı Saşanın çiyin sümüyündə çat aşkarlanıb. Bununla da onun ilin son iki turunda “çərçivə”də durmayacağı bəlli olub. Stamenkoviç gələn ilin yanvarından məşqlərə başlaya biləcək.

Qeyd edək ki, “Sabah” XII turda dekabrın 20-də “Neftçi”ni qəbul edəcək, bundan 4 gün sonra XIII turda”Sumqayıt”ın qonağı olacaq.