Saatlıda qanunsuz ov edənlər saxlanılıb

138

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 29-da Saatlı rayonu ərazisində qanunsuz ov edən Bakı şəhər sakini S.Şıxalıyev, Cəlilabad rayon sakini R.Nəzərov və Abşeron rayon sakini R.Tağıyev saxlanılıblar.

Onlardan “Stoeger”, “Salıx Arms”, “Escort Supreme Max” markalı 3 ədəd tüfəng, 6 ədəd patron və 56 çöl quşu aşkar edilərək götürülüb.