Saatlıda narkotik alveri ilə məşğul olan şəxslər tutulub

60

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirinbəy kənd sakini E.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 9 qrama yaxın marixuana və 7500 manat saxta əskinas aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerliləri C.Rzayev və əvvəllər məhkum olunmuş M.Şamşikov da müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı C.Rzayevdən 43 qrama yaxın marixuana götürülüb.

Polis əməkdaşları tərəfindən E.Abdullayevin kəndin ərazisində yerləşən kollektorda gizlətdiyi 405 qram marixuana da  götürülüb.

Araşdırmalarla C.Rzayevin və E.Abdullayevin saxta əskinasları Sumqayıt şəhər sakinləri R.Əliyev və əvvəllər  məhkum olunmuş P.Səmədovla 1 kiloqram 608 qram marixuana müqabilində dəyişdikləri müəyyən edilib və görülən tədbirlərlə onlar da saxlanılıb. Şəxsi axtarış zamanı P.Səmədovdan 2 ədəd bıçaq, R.Əliyevə məxus  “VAZ-21144” markalı avtomobildən isə 10 qramdan artıq marixuana, 3 ədəd bıçaq və 1 ədəd dəyənək aşkar edilərək götürülüb.