Saatlı və Sabirabadda qətllər: 2 nəfər öldürüldü

    15

    Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.

    Hurriyyet.org xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.

    Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.

    Hər iki fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır./apa/