Saakaşvilinin partiyası seçkilərə buraxılmadı, səbəbi AÇIQLANDI

    30

    Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili partiyasının (Yeni Qüvvələr Ruxu) seçkilərinə qatılmamasına etiraz edib.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, o bu barədə “Facebook”da yazıb. Saakaşvili bu işdə prezident Pyotr Poroşenkonu ittiham edib.

    “Partiyamızın qeydiyyatdan keçməməsində Poroşenko hökumətinin təqsiri var. Buna baxmayaraq, partiyamız qalib gələcək çünki xalqın dəyişikliklərə ehtiyacı var”-deyə Saakaşvili yazıb.

    Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası Mixail Saakaşvilinin rəhbərlik etdiyi partiyanın növbədənkənar qurultayının qayda pozuntusu ilə keçirildiyinə görə seçki qeydiyyatına almayıb.