Saakaşvili yəhudilərlə qohum oldu – OĞLU EVLƏNDİ

    12

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ABŞ-da yaşayan böyük oğlu Eduard ailə həyatı qurub.

    Hurriyyet.org xəbər verir ki, Eduard Saakaşvili əslən yəhudi ailəsindən olan qızla evlənib. ABŞ-da keçirilən toya gedən Mixail Saakaşvili gənclərin evliliyi ilə bağlı açıqlama verib:

    “Gəlin çox yaxşı qızdır. Onun hansı millətdən olması önəmli deyil. Onun ailəsi çox yaxşıdır və dostsevərdir”.

    Qeyd edək ki, Eduard Saakaşvili keçən il ABŞ-da təhsilini qurtardıqdan sonra Pensilvaniyada radiojurnalist kimi işləməyə başlayıb. Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz isə anası – əslən holland olan Sandra Rulovsla birgə Tiflisdə yaşayır. Mixail Saakaşvilinin özü isə həyat yoldaşının vətənində yaşayır./axar.az/