Saakaşvili tok-şou aparıcısı olacaq

    24

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşivili Ukraynanın “Zik” telekanalında siyasi tok-şounun aparıcısı olacaq.

    Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, Saakaşvili “Cokerlər. Prezidentlərlə yol” adlı proqrama aparıcılıq edəcək.

    Tok-şou Ukrayna prezidenti postuna namizədlər haqqında araşdırmalar seriyası təqdim edəcək. Proqramın ilk buraxılışı dekabrın 7-də efirə çıxacaq.