S-400 sistemlərini niyə həzm edə bilmədiklərini NATO sammitində açıqladılar

    6

    “S-400 sisteminin çox güclü radarlara sahib olması ABŞ ilə NATO-nu narahat edəcək”

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin müdafiə naziri Nurəddin Canikli dünən keçirilən NATO müdafiə nazirləri görüşündən sonra jurnalistlərlə görüşərkən deyib: “Onları narahat edən S-400 sisteminin çox güclü radarlara sahib olmasıdır. Bu sistemlər Türkiyədə quraşdırıldıqdan sonra başda F-35 hərbi təyyarələri olmaqla, digər NATO ünsürlərini narahat edə biləcəyi və NATO-ya məxsus bəzi məlumatların bu radarlar vasitəsi ilə başqa yerlərə çatdırıla bilməsi onlarda narahatlıq doğurur”.

    Hurriyyet.org