“S-400-ü satmaq üçün yox, istifadə etmək üçün almışıq” – Türkiyənin müdafiə naziri

387

“S-400-ü ölkəmizin və millətimizin havadan müdafiəsi üçün almışıq”.

APA-nın “haber7.com”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan istifadə etmək üçün alıblar.

“S-400-ün başqa ölkələrə satılması gündəmdə yoxdur”, – deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.