Səudiyyə vəliəhdi ilə Qətər əmiri qucaqlaşdılar. Körfəzdə tarixi barışıq

384

Türk ordusunun dəstəklədiyi Qətərin körfəz ölkələri ilə barışığının ABŞ ilə Küveytin vasitəçiliyi sayəsində baş tutduğu bildirilir

Hurriyyet.org xəbər verir ki, Qətər ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlarda razılaşma əldə edilib. Razılaşmadan sonra Qətər əmiri Şeyx Temim ibn Hamed Əl Sani 41-ci Körfəz Əməkdaşlıq Şurası Sammitində iştirak etmək üçün təyyarə ilə Səudiyyə Ərəbistanına gəlib. Küveyt isə Körfəz ölkələrinin 3,5 il ərzində Qətərə qarşı tətbiq elədikləri embarqonun rəsmən ləğv edildiyini bəyan edib.

Küveyt və ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistan ilə Qətər arasındakı münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlar müsbət nəticələnib. İki ölkə arasında quru, dəniz və hava quru sərhədləri yenidən açılıb.

Qətər əmiri Şeyx Temim ibn Hamed Əl Sanini hava limanında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman mehribanlıqla qarşılayıb.

Xatırladaq ki, 2017-ci ildə Səudiyyə Ərəbistanının liderliyi ilə bir sıra ərəb ölkələrinin blokada almış olduqları  Qətərdə 3000 nəfərlik heyəti olan bir Türkiyə bazası var. Bu bazada xidmət edən türk əsgərlərinin Qətərin blokada böhranını zamanı BƏƏ tərəfindən planlaşdırılan saray çevrilişinin qarşısını aldığı ortaya çıxıb. Hazırda Qətərdə 300-ə yaxın türk əsgəri var.