Səudiyyə Ərəbistanının gəmisində partlayış olub

483

Səudiyyə Ərəbistanının Ciddə şəhərinin limanı yaxınlığında gəmidə partlayış baş verib.

“Report”un məlumatına görə, bu barədə dənizdə təhlükəsizlik məsələləri üzrə ixtisaslaşan “Dryad Global” portalı bildirib.

Hadisənin baş verməsi Birləşmiş Krallığın Dəniz Ticarəti Təşkilatının (UKMTO) saytında da təsdiqlənib.

Lakin partlayışın məhz hansı gəmidə olması açıqlanmır. Hələlik hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.