Səudiyyə Ərəbistanında yeni dalğa. Qovulduqdan sonra həbs edildilər

60

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Yəməndə döyüşən ordunun komandanı olan şahzadəni və onun oğlunu həbs etdirib.

Dörd il əvvəl Məhəmməd ibn Salmanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi elan edilməsi ilə başlayan həbs dalğası davam edir.

BBC kanalı vəzifəsindən qovulan bir qrup səudiyyəli arasında kral ailəsinin iki üzvünün də olduğunu bildirir. Ölkənin Müdafiə Nazirliyi işdən qovulan 6 nəfərlə bağlı korrupsiya istintaqı aparıldığı xəbərini yayıb.

Kral Salman ibn Əbdüləzizin imzaladığı fərmanla Yəməndə döyüşən general Fəhd ibn Turki ibn Əbdüləziz Əl Səud ilə oğlu, Cevf bölgəsi əmirinin vəkili şahzadə Əbdüləziz ibn Fəhd ibn Turki ibn Əbdüləizi Əl Səud vəzifələrindən çıxarılıblar.