Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 5 nəfər yaralanıb

201

Səudiyyə Ərəbistanı sərhədində beynəlxalq qüvvələrə məxsus helikopter qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, yaralılar İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirilib ki, helikopter Misirin Sinay yarımadasından qayıdırmış.

Qeyd edək ki, İsraillə Səudiyyə Ərəbistanı arasında ümumi sərhəd yoxdur. Hər iki dövlət İordaniya ilə həmsərhəddir.

Hadisə ilə bağlı araşdırma aparılır.