Səudiyyə Ərəbistanı Yunanıstana qırıcı göndərir! Türkiyəyə qarşı birlik yaranır?

828

Hurriyyet.org xəbər verir ki, Yunanıstan mətbuatında dərc olunan xəbərlərə görə, Səudiyyə Ərəbistanının Prezidenti Məhəmməd ibn Salmanın əmri ilə çox sayda F-15 qırıcıları Krit adasındakı Suda bazasına Türkiyəyə gözdağı vermək üçün enəcək. Xəbərlərdə F-15 hərbi təyyarələrinin yunan pilotlar tərəfindən istifadə ediləcəyi bildirilir.

Egey və Şərqi Aralıq dənizində gərginliyi artıran Yunanıstanın Türkiyə qarşısında təşvişləri artmaqdadır. Yunan mətbuatı BƏƏ, Misir, Fransa, ABŞ, İsrailin ardından Səudiyyə Ərəbistanın da Türkiyəyə qarşı birləşəcəyini bildirib.

ABŞ və Yaponiyadan sonra dünyadakı ən böyük F-15 donanmasına sahib olan Səudiyyə Ərəbistanının göndərdiyi qırıcıların yunan pilotlar tərəfindən də istifadə ediləcəyi bildirilb.

Misir, Yunanıstan, BƏƏ, Fransa və Cənubi Kipr 30 niyabr-6 dekabr tarixlərində Misirin İsgəndəriyyə şəhərinin sahillərində birgə hərbi hava və dəniz təlimləri keçmişdilər.