Səudiyyə Ərəbistanı təhdid edildi: “VURARIQ”

48

Hurriyyet.org xəbər verir ki, Yəməndə fəaliyyət göstərən, İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını krallığa məxsus təşkilatları və hərbi məntəqələri vuracaqları ilə təhdid ediblər.

Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrinin xüsusi əməliyyatlara hazırlaşdıqlarını bəyan etməsindən sonra Husilərin mətbuat nümayəndəsi Yəhya Seri açıqlama verib.

“Səba” informasiya agentliyinə müsahibə verən Y.Seri deyib: “Yəmənə və 5 il boyunca dinc vətəndaşları çətin vəziyyətdə qalan Yəmən xalqına düşmənlik edənlərə qarşı vuruşan qüvvələrimiz Səudiyyə Ərəbistanındakı hərbi məntəqələri və krallığa məxsus idarələri vurmağa davam edəcəkdir”.

Husilər Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrini Yəmənin şimalındakı Sadə şəhərinə hava hücumu zamanı dinc sakinləri öldürməkdə, keçmiş paytaxt Sana şəhərində tibbi anbarları bombalamaqda ittiham edir.

Hurriyyet.org