“SƏRT TƏDBİRLƏR OLMASA VƏZİYYƏT AĞIRLAŞACAQ, XƏSTƏXANALARDA YER QALMAYACAQ” – Operativ Qərargahı brifinqi + VİDEO

288

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat nümayəbndələri üçün növbəti brifinqi keçirilir.

Tədbirdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edirlər. Onlar ölkədə koronavirusla bağlı son vəziyyət haqda məlumat veriblər.

Nəzrin Mustafayeva bildirib ki, bu gün 3942 nəfər yoluxub, 37 nəfər vəfat edib. Ümumilkdə 232 nəfər ölüb.

2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

Mustafayeva qeyd edib ki, Azərbaycanda indiyədək ümumilikdə 129544 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 79162 nəfər müalicə olunaraq sağalıb, 1470 nəfər vəfat edib, aktiv xəstə sayı 48912 nəfərdir.

Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

“Koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül simptomlarla keçirə bilirlər” -deyə Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində söyləyib.

 

Onun sözlərinə görə, bəzi insanlar özlərini evdə müalicə edirlər: “Bu, çox təhlükəli haldır. Test nəticələri pozitiv olanlar yaşadıqları evi tərk edirlər. Onlar özlərini evdə izolyasiya etməlidirlər. Təəssüf ki, bir ilə yaxın müddətdir ki, bu xəstəliyin effektiv müalicəsi yoxdur”, – deyə o qeyd edib.

“Xəstəliyə yoluxmuş şəxsləri və xüsusilə 65 yaşdan yuxarı şəxsləri evdən çıxmamağa çağırırıq” – deyə, Nəzrin Mustafayeva  deyib.

“Qaydalara riayət edilməsi sahəsində boşluqlar yaranarsa, sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər”, – o bildirib.

 

Özbaşına sistem etməyin zərərləri

Mustafayeva əlavə edib ki, koronavirus səbəbindın əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur. Xüsusilə ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur. Bundan əlavə, yoluxanlardan 81 faizi xəstəliyi yüngül keçirir.

Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir: “Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. 

Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özlü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydaların ciddi şəkildə riayət etməyə çağrırıq”.

“Vəziyyət belə davam edərsə, çətinliklə üzləşəcəyik”

“Səhiyyəsi ən inkişaf etmiş ölkələrdə belə çarpayı çatışmazlığı və səhiyyə sisteminin yüklənməsi var” -deyə Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində qeyd edib.

“Vəziyyət belə davam edərsə, bizim ölkə də çətinliklə rastlaşmış olacaq”, – o bildirib.

Virusa aid dərman sayı çox az və məhduddur”

Bir ilə yaxındır ki, virusla mübarizə aparırıq. Ancaq başqa çıxış yolumuz yoxdur”.

Bunu isə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bütün dünyanı əhatə edən xəstəlik pandemiyaya çevrildi.Əvvəlcə bəzi radikal tədbirlər həyata keçirildi. Əvvəl virus barədə məlumatlı olmasaq da, hazırda müəyyən bilgilərə malikik. Təəssüf ki, virus yeni olduğundan mübarizə üsulu da fərqlidir. Virusa aid dərman sayı çox az və məhduddur”, – o, bildirib.

A.Allahverdiyev qeyd edib ki, virusa qarşı spesifik dərman vasitəsi yoxdur.

Yaşı az olanlar ölüm daşıyıcılarıdır və ətrafa ölüm saçırlar”

“Hazırda əlimizdə normal vaksin yoxdur. Əgər olsa belə onun nə qədər effektli olacağı barədə nəsə deyə bilmərik” -deyə, professor Adil Allahverdiyev  qeyd edib.

Onun sözlərinə görə, virusa qarşı antitellər 4-6 ay olur və sonra aşağı düşür: “Səhiyyə sistemimiz vaksinləri araşdırır. Əlimizdə ancaq COVID-19 ortaya çıxandan bu yana maska, sosial məsafə və gigiyenik qaydalara əməl edilməsi tələbləri var. Odur ki, bu qaydalara ciddi əməl etmək lazımdır. Müharibə şəraiti olduğundan bu qaydalara əməl edilmədi, COVID ikinci sıraya keçdi və xəstəlik, eləcə də ölü sayı artdı”.

A.Allahverdiyev bildirib ki, xəstəliyin daşıyıcıları 20 yaşına kimi olanlardır: “Xəbəri olmadan evindəki yaşlı insanları xəstələndirir. Yaşı az olanlar ölüm daşıyıcılarıdır və ətrafa ölüm saçırlar”.

Taksilərə minəndə pəncərələri açıq qoymaq lazımdır”

“Siqaret çəkənlər də ehtiyatlı olsunlar. Misal üçün siqaret çəkəndən uzaq məsafədə olsan da, uzun müddət iyi gəlir. Taksilərə minəndə mütləq pəncərələri açıq qoymaq lazımdır” – deyə, Adil Allahverdiyev əlavə edib.

O qeyd edib ki, virusu qida ilə təmin edən insanın özüdür: “Ona görə də nə qədər laqeyd davransaq o qədər də virusu bədənimizdə qidalandırırıq”.

A.Allahverdiyev əlavə edib ki, vaksinə ümid bağlamaq olmaz: “Sosial məsafə məsələsinə ciddi diqqət etmək lazımdır. Çünki hər kəsin ailəsində xəstəlik var. Ona görə də kütləvi yerlərdən uzaq durmaq lazımdır. Mütləq sərt tədbirlər görülməlidir, yoxsa xəstəxanalarda yer olmayacaq. İki həftə lazımdır ki, rəqəmlərdə müəyyən azalmalar əldə edək”.

“Xəstəxanalarda xəstələrə yer qalmayacaq”

“Sərt tədbirlər görülməsə, koronavirusa yoluxma sayı azalmayacaq” – deyə Vəli Axundov vurğulayb.

Onun sözlərinə görə, sərt tədbirlər nəticəsində iki həftə ərzində yoluxma sayı azala, nəzarət altına alına bilər:“Bundan sonra yenidən yumşaldılmalara gedilə bilər. Qaydalarla bağlı ciddi tədbirlər görülməlidir. Çalışmaq lazımdır ki, insanlar bir yerə toplaşmasın.

Bununla bağlı nə qədər sərt tədbirlər görülmüş olarsa, effektiv nəticə ola bilər. Buna gedilməsə, xəstəxanalarda xəstələrə yer qalmayacaq”, – deyə direktor qeyd edib.

“Qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur”

“Bir ilə yaxındır ki, pandemiya bütün dünyanı, o cümlədən bizi narahat edir. Pandemiya başqdığı dövrdən indiyədək dövlət tərəfindən ən yüksək tədbirlər görülüb və görülməkdədir”.

Bu fikirləri isə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda dünyada yoluxma sayı 64 milyonu keçib: “Bu, çox narahatedici bir haldır. Görülən tədbirlərə baxmayaraq pandemiyanın sürəti səngimək bilmir. Bizim qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur. Maskanı da dügün geyinməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Ehtiyac olmadan yaxınlaşma lazım deyil. Əllər sabunla yuyulmalıdır. Dezinfeksiyaedici məhlullardan istifadə etmək o qədər də vacib deyil. Hər ikisi olsa daha yaxşı”

“Yaxın aylarda kütləvi vaksinasiya başlayacaq”

“Nəqliyyatda bəzən sıxlıq müşahidə olunur. Ehtiyac olmadığı hallarda ictimai nəqliyyatdan istifadə etməyək. Karantin rejimi sərtləşdirildikdə onsuz da hamı evdə oturmalıdır” – deyə,  Akif Qurbanov əlavə edib.

“Yəqin ki, yaxın aylarda kütləvi vaksinasiya başlayacaq. Artıq Azərbaycanın həmin vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı tədbirləri bitirib. Biz necə ki, Vətən Müharibəsində qələbə qazandıq, ümid edirəm ki, koronavirusla mübarizədə də qələbə qazanacağıq”, – A.Qurbanov əlavə edib.