Şərqi Aralıq dənizində gərginlik

138

Yunanıstan müttəfiqləri ilə təlimlərə başladı. Tramp Ərdoğana zəng elədi

Hurriyyet.org xəbər verir ki, Yunanıstan Avropa İttifaqı üzvü olan müttəfiqləri ilə birgə təlimlərə başlayıb. Bununla yanaşı, gərginliyin azalması üçün diplomatik səylər gücləndirilir.

Şərqi Aralıq dənizində Yunanıstan ilə Avropa İttifaqı üzvü olan müttəfiqləri – Cənubi Kipr, İtaliya və Fransa arasında keçirilən üç günlük dəniz təlimlərinin ikinci günüdür. Gərginliyin artdığı bir dövrdə liderlər arasındakı telefon danışıqları da artmaqdadır.

Çərşənbə gecəsi ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti R.T.Ərdoğan arasında telefon danışığı zamanı Şərqi Aralıq dənizindəki mövcud vəziyyət müzakirə edilib.

Türkiyənin Prezident Aparatının açıqlamasına görə, görüş zamanı prezident Ərdoğan “Şərqi Aralıq dənizində qeyri-sabitlik yaradan tərəfin Türkiyə olmadığını, Türkiyənin gərginliyin azaldılması və dialoq tərəfdarı olduğunu atdığı qəti addımlarla isbat etdiyini” söyləyib.

Yunanistanın Baş naziri Kiriakos Miçotakis isə Tramp ilə telefon danışığı zamanı deyib: “Türkiyə provokasiya xarakterli fəaliyyətini dayandıracağı təqdirdə gərginlik mühüm dərəcədə azalacaq”.