“Sərnişin sıxlığını tənzimləmək üçün stansiyalarda tənzimləyicilər olacaq” – Rəsmi

51

Sərnişin sıxlığını tənzimləmək üçün “Bakı Metropoliteni”ndə ən optimal hərəkət qrafiki tətbiq olunacaq.

Modern.az-ın məlumatına görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, bununla əalqədar qatarlar günün pik saatlarında “Həzi Aslanov”-“28 May” stansiyaları arasında  2 dəqiqəlik intervalla hərəkət edəcək:

“Texniki baxımdan bu, “Bakı Metropoliteni” üçün ən optimal qərardır. Həmçinin sərnişin sıxlığını tənzimləmək üçün stansiyalarda tənzimləyicilər olacaq”.

Onun sözlərinə görə, hər bir sərnişin metroya daxil olandan stansiyanı tərk edənədək tibbi maskada olmalıdırlar. Maska ağız və burun boşluğunu tam örtməlidir.

Metropoliten fəaliyyətini bərpa etdikdən sonra sərnişin sıxlığının azaldılması, sosial məsafənin gözlənilməsi üçün ehtiyat qatarlar da hazır vəziyyətdə olacaq”.