Sən demə, gözələ baxmaq SAĞLAMLIĞA ZİYANDIR

7

İspaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, gözəl qadınlar ilə kişilərin psixi sağlamlığı arasında maraqlı əlaqə var.

Yaz aylarında aparılan araşdırma kişi psixologiyasının maraqlı nüanslarını ortaya çıxarıb. Gözəl, “baxmağa doymadığımız” qadınlar psixi səhhətimizə ziyanmış…

Tədqiqat İspaniyada Valensiya Universitetində 84 kişi üzərində aparılıb. Eksperiment zamanı tədqiqatın məğzinin nə olduğunu bilməyən iştirakçı kişilər ayrı-ayrı vaxtlarda tək-tək Sudoku həll etmək üçün bir otağa salınır. Hər bir iştirakçı otaqda ilk öncə bir kişi ilə, sonra isə gözəl bir xanımla bir müddət yalnız buraxılır.

Hər müddətin sonunda iştirakçılardan ağız suyu nümunəsi götürülür .Öz həmcinsi ilə eyni otaqda olan zaman iştirakçının kortizol səviyyəsi dəyişmədiyi halda, bir xanımla otaqda olan zaman isə ifrat dərəcədə artdığı aşkar olunub.

Şüuraltı olaraq “gözəl birinə sahib olmaq lazımdır” istəyini daşıyan kişilər əldə edə bilməyəcəkləri bir qadınla eyni mühitdə olduqlarında həyəcana qapılırlar və təşviş keçirirlər. Bu da hormonal disbalansa gətirib çıxarır. Ən sonda isə yüksək kortizol səviyyəsinin ürək problemlərinə yol aça biləcəyi də xüsusilə qeyd olunub. \\Konkret