Şəmkirdə su anbarında 2 nəfər qayıqda köməksiz vəziyyətdə qalıb

132

 

Şəmkirçay su anbarında 2 nəfər qayıqda köməksiz vəziyyətdə qalıb.

 Nazirliyin “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında 2 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək./APA/