Şəmkirdə karantin qaydalarını pozan çay evi aşkarlandı – FOTO

48

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkirdə rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilən edilmiş qəlyan avadanlıqlarından istifadə etməsi müəyyən edilib.

Bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.