Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alanlar var

87

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır./apa/