Şəmkir Rayon İcra Hakimiyyətində KADR TƏYİNATI OLUB

294

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyinat olub.

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Natiq Arif oğlu Qələndərov gətirilib.

Qeyd edək ki, N.Qələndərov 20 dekabr 1989-cu ildə Şəmkir şəhərində dünyaya gəlib. Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ailəlidir, iki övladı var.

O daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.\\Report