“Bu adamın bu cür danışmağı bütöv milləti ələ salmaq, onun heysiyyatı ilə oynamaqdır”
“28 illik şans və imkanları su aşağı axıtdıqdan sonra Səməd Seyidov Qarabağ məsələsinin həlli üçün daha 300 il dözmək lazım olduğunu bildirib. “Əlinizi üzün!”, “Qarabağın adını tutmayın!” desəydi, bundan yaxşıydı”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı Nemət Əliyev deyib.
N. Əliyevin sözlərinə görə, Qarabağda ermənilərin möhkəmlənməsini təmin edən “Xudafərin” xəyanətinə əl qaldırıb səs verəndən sonra da bu adamın bu cür danışmağı bütöv milləti ələ salmaq, onun heysiyyatı ilə oynamaqdır: “Deputat mandatı gəzdirən Səməd Seyidovun “ermənilər 300-400 il işləyib” arqumentini eşidən ermənilər möhkəmləndikləri mövqelərdən geri durmaq haqqında düşünərmi, heç geri çəkilərmi?”
Şamo EMİN, Hurriyyet.org