Şəkidə baş verən qəzada bir ailənin iki üzvü ölüb

1

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Şəki şəhəri ərazisində Bərdə rayon sakini N.Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri – arvadı Nəsibə və qızı Zəminə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Fakta bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.