Şəkidə 74 yaşlı kişini avtomobil vurub

63

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəki şəhərinin giriş hissəsində qeydə alınıb.

Şəki rayon Kiçik Dəhnə kənd sakini 1946-cı il təvəllüdlü Fazil Əhmədiyyə oğlu Cabbarov yolu keçmək istəyərkən “VAZ-2104” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 74 yaşlı F. Cabbarovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.Hurriyyet.org