Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edildi

87

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri  əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, ümumi çəkisi 5 ton 600 kiloqram olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.