Yanvarın 12-i saat 23 radələrində Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Rayonun müvafiq orqanlarından virtualaz.org-a bildirilib ki, aparılan araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.