Şəhidin tabutu ilə bərabər gələn qızına yazdığı məktub HƏR KƏSİ KÖVRƏLTDİ

270

Sosial şəbəkələrdə hər kəsi kövrəldən şəhid hekayəsi yayılıb.

Şəhidimiz mayor Aqşin İbadovun qızına yazdığı məktub hər kəsi göz yaşına boğub. Şəhidin tabutu evinə gətirildikdə yeni dünyaya gələn körpə qızı üçün yazdığı məktub da ailəyə verilir. Məktubda yazılıb:

“Gözəl qızım, sən, həyatını vətənimizin azad və müstəqil olması, ərazi bütövlüyümüzün qorunmasına özünü həsr etmiş bir Azərbaycan zabitinin qızısan, hər zaman başını dik tut”. \\BiG.AZ