Şəhid və qazilərimizə Milli Ordumuzun qələbələrinə diaspordan dəstək davam edir

39

Böyük alman filosofu Nitşshe özünün elmi konspetual əsərlərində dönə-dönə qeyd edir ki: “Hər hansı bir müharibə acı olsa da, digər yandan xalqları sağlamlaşdırır”, “İstənilən xalqı həm yaradıcılıq, həm də dağıdıcılıq istiqamətinə yönəltmək çox asandır”. Bu iki kəlmədə çox böyük hikmət vardır. Bu gün Azərbaycan xalqı 30 illik sülh danışıqlarını bir kənatra qoyaraq, özünün ərazi bütövlüyünü təmin etmək üçün müqəddəs savaşa qalxıbdır. Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev, Milli Ordumuzla yanaşı həm də xalq bu prosesdə yaxından iştirak edir. Hər kəs imkanları çərçivəsində Ermənistanın işğalçı qüvvələrinin Qarabağdan və digər işğal olunmuş ərazilərimizdən azad edilməsi üçün gecə-gündüz çalışırlar. Azərbaycanın daxili ictimai-siyasi proseslərində milli birliyin təmin edilməsi artıq milli qürur və milli şərəf anlayışlar çərçivəsində formalaşmaqdadır. Bütün bunlar həm də xaricdə yaşayan soydaşlarımız arasında kimlyindən asılı olmayaraq, dərin izlər buraxır.

Milli birliyimiz bizi digər xalqların yanında daha başıuca edir

Bu sözləri redaksiyamızla söhbətində Almaniyanın Hannover şəhərində yaşayan Yaşar Həqqari söylədi. Onun fikrincə artıq Almaniyanın istənilən şəhərində bir-birini illər boyu didən və diaspor anlayışını mənasız əşya kimi nümayiş etdirən əksər soydaşlarımız 27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycana bir daha ekspansiya siyasətini yürütmək üçün özünün hərbi avantürasını işə salan kimi bir araya gəlmənin fəlsəfi dəyərlərini qiymətləndirilməyə başlanıldıqdan sonra başladı. Demək olar ki, Almaniyada siyasi, ictimai və sosial mənsubiyyətinə baxmayaraq bu gün soydaşlarımız bir yumruq kimi birləşiblər. Biz son 20 gün ərzində diaspor adına 6 dəfə mitinqlərdə və küçə yürüşlərində iştirak etdik. Almaniyanın əksər TV və radio kanallarına, eləcə də qəzetlərinə müsahibələr verdik. Diasporumuz adına ölkənin parlamentinə, baş nazirinə, bütün siyasi partiyalarına və vətəndaş cəmiyyəti, insan haqları təşkilatlarına müraciətlər ünvanladıq. İlk dəfə olaraq, buradakı türk, uyğur, tatar, İraq və Suriya türkmanları da qatılaraq bizlərə dəstək olduqlarını elan etdilər. Bu həm də bizim üçün əsil qürur mənbəyi oldu. Bizlər bir bütün olmayınca inanmıram ki, hansısa problemlərimiz həllini  tapsın. Hannoverdə demək olar ki, vətənimizin hər iki tərəfini təmsil edən soydaşlarımız vahid diaspor platformasında birləşiblər. Biz artıq “Vahid Azərbaycan” ideyasını kiçik olan təşkilatımızda nümayiş etdiririk. Bizim milli birliyimiz və bütünlüyümüzün başqa bir mənası isə, başqa xalqların yanında başımızın ucalığa sahib olmasına səbəb olubdur. Artıq öz vətənlənində doğma torpaqlarından, yurd-yuvalarından məhrum qalmış bir milyona yaxın vətəndaşımızın bu gün milli birliyin ruhuna sığınaraq, Ordumuzun bütün insanlarımızı sevindirən qələbələri sayəsində 27 illik həsrətə son qoyulmasının dadını yaşayırlar. Bundan gözəl şey nə ola bilər? Vətəni bütöv görmək istənilən xalqı dünyanın ən güclü ölkəsi kimi tanınması olaraq dəyərləndirilir. Bizlər Avropada Azərbaycanın hər gün əldə etdiyi uğurlardan sarsılan ifrat sağçı xəstələrin sayıqlamalarını KİV-lərdə canlı olaraq izləyirik. Ancaq, əsil həqiqətləri də onlara izah etməkdən usanmırıq. Çünki, başqa yol yoxdur.

Kanada Azərbaycan gerçəklərinə görə bizimlə həmrəydir

Kanadanın Vankuver şəhərində yaşayan soydaşımız Həsən Cuvarlı redaksiyamıza verdiyi açıqlamada bildirdi ki: “Biz azərbaycanlı icması kimi Kanada Azərbaycanlıları Şəbəkəsinin (“Network of Azerbaijani Canadians”) texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçiridik. “Vancouver Public Library” meydanına toplaşaraq aksiya Gəncədə və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pislədik. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun”, “Gəncə üçün dua et”, “Erməni terroruna son” kimi şüarlar səsləndirdik. Bununla yanaşı Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdirdilər. Həsən bəy qeyd etdi ki, Kanadada vergi ödəyicisi olan vətəndaşların hər hansı mövzuda qaldırdığı problemlərlə ciddi şəkildə maraq göstərir. Biz Kanada hökumətindən heç nə istəmirik. Öz həyat şəraitimiz üçün lazım olan problemlərimizi özümüz həll edirik. Azərbaycan torpaqlarının 30 ildən çoxdur Ermənistan tərəfindən işğal edilməsi, bu düşmən ölkənin BMT-nin qətnamələrinə, Avropa Birliyi və Avropa Şurasının çağırışlarını qulqardına vurması faktlarını daha çox qabartdığımız üçün, Kanada hökuməti qarışımıza hər hansı alternativ arqumenti qoya biımədi. Bu ölkədə qanunlara cəmiyyətin bütün sosial zümrələrində ciddi şəkildə əməl olunması hər kəsin həyat normasıdır. Ona görə də bizim tələblərimizə, xüsusilə “Network of Azerbaijani Canadians” kimi ciddi sosial şəbəkənin tələblərinə də diqqətlə yanaşıldı.

ABŞ-da Azərbaycan zirvəsi

1997-ci ildən ABŞ-da yaşayan, “Qafqazda türk xalqlarının mədəniyyət tarixi irsini araşdıran və əslən qarabağlı olan Zivər Qafarova bizimlə söhbətində Amerikada Azərbaycan həqiqətlərinin gündəmə gətirilməsində sadəcə soydaşlarımızın deyil, həm də Anadolu Türkləri, Yəhudi, Ahısqa Türkləri, Çeçen, Qaraçay-Balkar Türkləri, Əfqanıstan Özbəkləri, İraq-Suriya Türkmanları və Pakistan diaspor təşkilatları artıq bizimlə həmrəy olduqlarını, keçirdiyimiz aksiyaların daimi iştirakçıları olduqlarını bildirdi. 2004 –cü ildən ABŞ-da Azərbaycan diaspor təşkilatlarının yeni məzmunda fəaliyyət göstərməsi XXI əsrin standarları çərçivəsində uğur qazanmağın sirrini gündəmə gətirmək deməkdir. Biz çalışırıq ki, bu fəlsəfənin sosial anlamda dəyərlərini daha da genişləndirək. 2014-cü ildən isə, demək olar ki, ABŞ-ın bütün ştatlarında istədiyimiz səviyyədə aksiyalarımızı həyata keçirə bilirik. Əvvəllər çox çətin idi. Ona görə ki, azından ABŞ-da 100 illik sterotip mövcud idi. Digər yandan soydaşlarımızın bu ölkədə sayını barmaqla saymaq mümkün idi. Əslən Güney Azərbaycandan olan soydaşlarımızın çoxu özünü “irani” etnik kimliyi ilə tanıtmağa vərdiş etmişdilər. İndi onlar bu zərərli ənənədən əl çəkiblər. Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına, yaşayış evləri və mülki obyektlərin dağıdılmasına etiraz olaraq San-Fransiskodakı Embarcadro Plazanın qarşısında aksiya keçirdik. Aksiya iştirakçıları cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutan Ermənistanın faşist siyasətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə uşaqların öldürülməsinə cəlb etməyə çalışıblar. Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbir ərzində ABŞ-da tikdirdiyimiz 27 metr uzunluğunda Azərbaycan bayrağı dalğalandırılı. Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyada yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak ediblər. Azərbaycan, Türkiyə və ABŞ bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın dövlət himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Erməni işğalına son!” və sair kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib. Bizim aksiyamız demək olar ki, ABŞ-ın bütün siyasi elitasında, eləcə də TV kanallarda geniş müzakirə mövzusu oldu. Bu bizim üçün Azərbaycan diasporunun ABŞ zirvəsi deməkdir.

Hətta cırtdan dövlət də erməniləri sevmir

Lüksemburqda gəmiçilik üzrə peşəkar mütəxəssis İlqar Əblüc “Hürriyyət” qəızetinə verdiyi müsahibəsində bildirdi ki: “Lüksemburq ölkəsi dünyada cırtdan dövlətlərdən biri hesab olunsa da, burada qanunlar hər şeydən ucadır. Biz çoxsaylı aksiyalar keçirməklə bu balaca dövlətin mənən əksər dövlətlərdən daha ləyaqətli və şərəflidir. Əgər həqiqətin yanındasansa, heç nəyə baxmadan sənin yanında durcaqlar. Biz də Ermənistanın hərbi təcavüzkar siyasətini ifşa edən faktları və sənədləri Lüksemburq hökumətinə təqdim etmişik. Dinc sakinlərin və azyaşlı uşaqların bombalanmasını isbat edən video görüntüləri hökumətə təqdim etməklə yanaşı, həm də əhali üçün dinc aksiya keçirdik. Biz şəhərin mərkəzində yerləşən “Plase d`Armes meydanında mitinq keçirərək Gəncə şəhərində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyeklərin dağdılmasını pisləyən aksiyamızı keçirdik. Bununla yanaşı Azərbaycanın Tərtər, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, İmişli, Beyləqan və digər rayonlarının davamlı şəkildə uzaqvuran ağır toplarla atəşə tutulmasını Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətinin davamı olduğunu xüsusi olaraq vurğuladıq. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səslədik. Aksiyada Gəncə qurbanlarının və şəhətr sakinlərinin xatirısinə ehtiram əlaməti olaraq meydana rəmzi şəkildə ayaqqabılar düzdük, Lüksemburqda sakinlərə Qarabağla bağlı buklet və lifetlər payladıq. Müxtəlif dillərdə: “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et”, “Gəncə cəbhə bölgəsi deyil”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun”, “Ermənistan – BMT qətnamələrinə əməl et” şüarlarını da səsləndirdik.

 

“Hürriyyət”