Şəhid Rəşad Zeynallının döyüş yolu

249

O, savaşda göstərdiyi şücaətinə görə, “Vətən uğrunda” və “Cəbrayilin  azad olunmasına görə” medalları ilə təltif edildi…

Vətən – hər şeydən əvvəl vətənpərvər insan üçün mənlik, namus, qeyrət, şərəf və azadlıq deməkdir!

Vətəni müqəddəslik məqamına yetirib, onu əlçatmaz edənlər də məhz mükəmməl düşüncəli, ürəyi ilahi sevgi ilə zəngin olan müdrik insanlardır!

Vətən torpağı – ulu əcdadlarımızın uyuduğu, şəhidlərimizin qanı töküldüyü müqəddəs bir məkandır.

Doğma Azərbaycanımız da qəhrəmanlar yurdu, igid-ərənlər məskənidir. Bizim xalqımız Vətəninə, torpağına bağlı mərd oğullar yetişdirən bir xalqdır. Bu ilahi duyğu,  bizim bir xalq olaraq ruhumuzda, qanımızdadır. Torpağımızın hər qarışında, hər dağında, hər daşında bir qəhrəmanlıq dastanı yaşayır.

Bu torpaq vətən uğrunda canından keçən, şəhid olan oğulların qanı ilə suvarılıb. Vətən, Azərbaycan deyib, ən ali sevgi uğrunda canlarını sipər edərək, düşmənlə üz-üzə dayanan oğullar şəhidlik zirvəsinə yüksəliblər. Belə oğullar sırasında, bu gün adını iftixar hissi ilə xatırladığımız, xalqımızın qəhrəman övladı

Şəhid olmaq – Doğma Vətən naminə, azadlıq, dövlət müstəqilliyi uğrunda candan keçmək, özünü şüurlu şəkildə bu yolda fəda etmək deməkdir!

Şəhid olmaq – Allahın verdiyi ömür payını bilərəkdən xalqın xoş gələcəyinə, nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir! Şəhid qanı ilə suvarılan Vətənin hər qarışı müqəddəsdir! Şəhid qanı axmayan, uğrunda mübarizə aparılmayan torpaqdan Vətən ola bilməz!

Müqəddəs şəhidlərimizin ömür yolu gələcəyimiz üçün bir nümunədir. Hər birimiz onları daim böyük ehtiramla anır və misilsiz qəhrəmanlıqlarını özümüzə örnək bilirik. Zaman ötsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Bizim də bir xalq olaraq borcumuzdur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızın xatirələrini əziz tutaq və daim qəlbimizdə yaşadaq!

Rəşad Qiyas oğlu Zeynallı 21 aprel 1998-ci il tarixində Baki şəhərində anadan olmuşdur. 2004 cü ildə İlyas Əfəndiyev adina Elitar Gimnaziyada ibtidai təhsil almışdır. 2008-ci ildə Paşa Nəzərov adına tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2015-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olmuş və 2019-cu ildə məzun olmuşdur.

Təhsilini bitirdikdən sonra Rəşad Zeynallı 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamani nümunəvi əsgər olmuş, əsgərlik zamanı rabitə kursunu bitirmiş, tabur komandirinə yuksəlmiş, cavuş rutbəsini almışdır. Bunlara baxmayaraq müharibə başladıqdan sonra könüllü olaraq ön cəbhədə vuruşmaq istədiyini bildirmiş, Füzuli ugrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, 2020-ci il oktyabr ayının 8-də Şəhidlik zirvəsinə yüksəlmişdir.

“Vətən uğrunda” medalı və “Cəbrayilin  azad olunmasına görə” medalı ilə təltif edilib.

Hazırladı: KƏNAN