Şəhid mayorun məzarı üstündən məktub tapıldı – Hər kəsi kövrəltdi – FOTO

537

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidliyə yüksələn mayor Həsənov Elşadın məzarı üzərindən məktub tapılıb.

Məktub şəhidin həyat yoldaşı tərəfindən yazılıb:

Oğlu Səidin çəkdiyi ailə tablosu olan kağızda belə yazılıb:  “”Elşadım, 7 yaşlı Səidimiz çəkib. Deyir “Ana, atama apar ailə tablomuzu. Atam görsün onu necə çox sevirik””.

Qeyd edək ki, qəhrəman mayorumuz Elşad Həsənov 2-ci Fəxri Xiyabanda dəfn olunub. \\Panoram