Şəhid edilən türk əsgərinin qanı yerdə qalmadı: 12 terrorçu zərərsizləşdirildi

42

Hurriyyet.org xəbər verir ki, İraqın şimalındakı Haftanin bölgəsində terrorçuların təcavüz atəşi nəticəsində bir nəfər türk əsgəri şəhid olub, üç türk əsgəri isə yaralanıb.

Hücumun ardından başladılan havadan dəstəklənən məliyyat nəticəsində 12 nəfər PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Tvitter” hesabından verilən açıqlamada terroçuların İraqın şimalındakı Haftanin bölgəsindəki bazaya atəş açdıqları, hücuma cavab olaraq əməliyyat keçirildiyi bildirilir. Açıqlamada deyilir: “Şəhidimizin qanını yerdə qoymadıq, qoymayacağıq”.

Hurriyyet.org