Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə Gəncədə mənzil verilib

177

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən APA-ya bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mənzillərin təqdim edilməsi tədbirində Prezident İlham Əliyevin sosial sahəyə, əhalinin həssas qruplarına xüsusi qayğı göstərdiyini vurğulayıb, sosial müdafiə proqramlarının ildən-ilə genişləndirildiyini qeyd edib.

Nazir müavini bildirib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə həmin göstəricidən 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.