Səhər saatlarında Tərtər, Ağdam və Ağcabədi rayonları intensiv atəşə tutulub

63

Oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Hurriyyet.org -a məlumat verilib.

Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.