Səfərbərliyə cəlb olunanlarla bağlı MÜHÜM AÇIQLAMA

159

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən sentyabrın 28-i Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalanıb.

Bu müddət ərzində hərbi xidmətdə olan şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılıb, ehtiyatdakı hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılıb. Ali Baş Komandanın da bildirdiyi kimi, artıq Qarabağ münaqişəsi sonlanıb və atəşkəs elan olunub. Maraqlıdır, belə olan halda orduya cəlb edilən ehtiyatda olan hərbi vəzifəlilər nə zaman tərxis olunacaq? Məsələ ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Ramil Məmmədli münaqişə sonlandığı üçün artıq hissə-hissə tərxis prosesinin başlayacağını bildirib: “Qismən səfərbərlik dövründə orduya cəlb edilən ehtiyatda olan hərbi vəzifəli şəxslərin geri qaytarılması Ali Baş Komandanın və Müdafiə Nazirliyinin səlahiyyətindədir. Qayda olaraq belə nəzərdə tutulub ki, hərbi əməliyyatlar tam bitirsə, həmin şəxslər mərhələli şəklildə tərxis olunur. Artıq münaqişə sonlandığı üçün ehtiyatda olduğu halda ordu sıralarına cəlb olunan şəxslər hissə-hissə tərxis olunacaq”.