Səba yelinin alovlandırdığı atəş

90

Babəkin öldürülməsindən sonra Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan çoğrafiyada yaşayan çoxsaylı türk tayfalarının vahid etnos kimi formalaşma prosesi dayanmasa da, çox zəifləmiş və böyük bir azadlıq atəşinin yerində kül altında gözərtilər qalmışdı.

Babəkin ölümündən sonra Azərbaycan tamamilə ərəb işğalının altına düşür. Bu işğalla bərabər Azərbaycanda hakim dinə çevriən islamiyyət də öz nöbəsində ərəb dilinin hakimiyyətini təmin edir. Yazı işlərinin ərəbcəyə keçməsi, ədəbiyyatda isə fars dilinin hakim olması Xürrəmilər-babəkilər hərəkatı ilə başlanan vahid etnosa çevrilmə prosesin zədələməkdə, tədricən isə məhv etməkdə idi.

Belə bir zamanda İmadəddin Nəsiminin türk dilinin inkişafına verdiyi böyük tövhə vahid etnosun formalaşması prosesinin dayanmasının qarşısını almaqla tarixi rol oynayır.

Ərəb və fars dillərini mükəmməl bilməsinə, bu dillərdə gözəl ədəbi nümunələr yaratmasına baxmayaraq dogma türkcədə yaratdığı ədəbi əsərlər dərviş, aşıq və xanəndələrin dillərindən çox geniş bir çoğrafiyaya yayılır. Bununla da yalnız Azərbaycan türklərinin deyil, türk toplumlarının formalaşma prosesinə mühüm tövhə verir. Nəsimin türkcədə yazdığı şeirlər Əlişir Nəvai, Məhəmməd Füzuli,  Şah İsmayıl Xətai, Həbibi, Süruri və Tüfeylinin yaradıcılığına təsir etdiyi kimi, onların da türkcə yazmasına səbəb olmuşdur. Bu mənada Nəsimi türk dilinin şeir diinə, ədəbiyyat dilinə çevrilməsinin banisi hesab edilə bilər. Azərbaycan ədəbiyyatında  türk dilində  ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazan məhz Nəsimi olmuşdur. Nəsimi yaradıcılığı ilə formalaşan böyük ədəbi məktəb əsrlərlə Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında mühüm rol oynamışdır.

Bununla yanaşı, Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamaqla ədəbiyyatın inkişafına böyük tövhə verir. Məhz Nəsimi əruz vəzninin bəhrlərini Azərbaycan türkcəsinin xüsusiyyətlərinə uyğunlaşdırmaqla milli kimliyimizi formalaşdıran ana dilimizin yaşarlığını təmin edir.

Nəsiminin vəhdət və metafizik fəlsəfələri Nəiminin yaratdığı hüfufiliyi dini təriqətdən dini-siyasi hərəkata çevirməklə vahid etnosun formalaşmasında önəmli rol oynayır. Hürufilərin bütün xarici işğalçılara qarşı müqavimətdə yer alması, Səfəvi dövlətinin yaradılmasında fəal rol almaları da Nəsimin hürufiliyi dini təriqətdən dini-siyasi cəryana çevrilməsinin nəticəsidir. Eyni zamanda bu məqam etnosun maraq və məhafelərinin müdafiəsi Nəsiminin dini-siyasi cəryana çevirdiyi hürufiliyin əsas hədəfi olduğunu göstərir. Əks halda, yəni hürufilik yalnız dini cəryan olsaydı, o zaman hürufilər islam bayrağı altında iğalçı Əmir Teymur ordularına qarşı müqavimətin ön cəbhəsində yer almazdı.

Hürufilik və xüsusilə də Nəsimin fəlsəfəsi özündən əvvəlki bütün dünyagörüşləri,  xüsusilə də xürrəmilik və zərdüştlük dünyagörüşün özündə daşımaqla Azərbaycan xalqının fəlsəfəsi fikirinin tamlığını təmin edir. Burada ən önəmli məqamlardan biri hülul təliminin Nəsimi fəlsəfəsində yer almasıdır. Nəsiminin “Həq-təala Adəm oğlu özüdür” fikiri də hülul təlimindən qaynaqlanır. Hülul təlimi yaradanın yaradılışda təzahür etməsi fələsfəsi üzərində qurulub və Nəsimin “Həq-təala Adəm oğlu özüdür” bu təlimin fələsfəsini özündə tam əks etdirir. Hülul təliminə xürrəmilərin ideoloji sistemində rast gəlmişdik, hürufilikdə rast gəlirik və qızılbaş şiə cəryanında da rast gələcəyik.

Nəsiminin türk dilini ərəb və fars dilləri uğurlu rəqabət aparması üçün ədəbiyyat dilinə çevirdiyi kimi Nəimin dini təriqət olaraq yaratdığı hürufiliyi də dini-siyasi hərəkata çevirməklə vahid etnosun formlaşasında ikinci mərhələni yaradır. Bu mərhələ isə qüdrətli Səfəvilər Dövlətinin yaranması ilə tamamlanacaq.

Xəqani CƏFƏRLİ