RÖVNƏQƏ AÇIQ MƏKTUB!

    3

    “Hörmətli Rövnəq müəllim, sizin əməkdaşlar qanunsuz olaraq şəhid ailəsinin evinə hücum ediblər, xahiş edirik, həmin xidmət işçilərinə ailəni narahat etməmələri barədə göstəriş verəsiniz”.

    Mən açıq məktubu bu cümlələrlə başlaya bilərdim. Amma mən sənə “hörmətsiz Rövnəq, itlərini bizim qapıdan çək” – deyə müraciət edirəm.

    Dünən şəhid ailəsinin öz şəxsi həyətinin divarını ucaltmaq istəməsi sənin tulalarının xoşuna gəlməyib. Həyətə hücum edən mühafizə itləri divarı uçurublar ki, sən demə, bura SOCAR-a aid ərazi imiş.

    Nəzərinə çatdırım ki, həmin ərazi şəhid ailəsinə Sabunçu rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə, yaşayış evi tikmək üçün verilib. Yəni hətta ərazi SOCAR-a aid olsa belə, bu, həmin ailənin problemi deyil.  Əgər hər hansı bir anlaşılmazlıq varsa belə, bu, SOCAR-la İcra Hakimiyyəti arasında həll olunmalıdır.

    İkincisi, bu ev iki il əvvəl tikilməyə başlayıb və ailə bir ildən artıqdır ki, burada tam məskunlaşıb. İndi buradan sənə sual edirəm: tikinti gedən vaxt bu qoçular harada ölmüşdülər? Niyə gəlib vaxtında sənəd tələb etmir, tikintiyə əngəl olmurdular? Cavab verə bilməyəcəklər. Deyimmi, niyə? Çünki, sənədli tikilidən bir qara qəpik də ala bilməyəcəklərindən, başları sənədsiz satdıqları torpaqlardan pul yığmağa qarışmışdı.

    Biz əvvəlcə elə bildik ki, bu, bir təsadüfdür, bilməməzlikdən ola bilər. Amma problem ictimailəşdiriləndən bir gün sonra yenidən, özü də bu dəfə üç maşınla gəlib, iki körpə balası olan xanımın üstünə hökküldəyəndə, artıq bu məsələnin təsadüf olduğuna inanmadıq. Bu, qəsdən və bizə qarşı təşkil olunmuş bir təxribat idi.

    Hörmətsiz Rövnəq!

    Biləsən ki, sənin nəsil-nəcabətin bu dövlətin var-yoxunu talayanda, Qarabağda döyüşə gedəcək yaşda olan oğlun və yaxınların xaricdə boyunlarını yoğunladanda, o körpələrin atası bu Vətən üçün, Lələ-Təpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Amma sənin insanlıqdan nəsibini almamış itlərin o cür oğlun övladlarının üzərinə yeriməkdən belə çəkinmədilər. Və bunun da günahı onlarda deyil, səndədir. Çünki onlar bu gücü səndən alırlar.

    Əslində səndə də günah yoxdur. Çünki bu uşaqların atası bizləri qışda qazsız qoyub, pulsuz qaz verdiyin ermənilərə güllə atmışdı. Sən də ondan heyifini bu cür çıxırsan. Amma eybi yoxdur, “ip nə qədər uzun olsa da, doğanaqdan keçir” – deyib atalarımız. Bir gun gələcək, sizlərin də boynuna ip keçiriləcək, necə ki, bir çox korrupsioner məmurların boynuna keçirilib. Onlar da sənin kimi at oynadırdılar. Amma indi quzu kimi mələyirlər…

    Duşunməyin ki, bizim boynumuz yoğun, başımız kiçikdir, ip sürüşüb çıxacaq. Yox, onun da oz metodu var. Hər halda ipi keçirən hər şeyi hesablayacaq…

    Sənə deyəcəklərimi bir məsəllə yekunlaşdırmaq istəyirəm, Rövnəq Abdullayev:

    Bir gün eşşəyin balası anqıra-anqıra anasının yanına gəlib gileylənir. Deyir ki, bezmişik hər gün saman, hərdən də arpa yeməkdən, amma yanımızdakı erkək dananı görürsən, ona hər şey verirlər. Anası “başını aşağə sal, nə verirlər, onu da ye” – deyir. Gün gəlir, bala yenidən anasının yanına gəlib deyir ki, dananı harasa aradılar. Ana deyir:

    – “Bala, bəs sən bilmirsən ki, hərə öz yediyinin əvəzini verməlidir, indi dana da yediyi dadlı yeməklərin bədəlini ödəməyə gedir.

    Hörmətsiz, Rövnəq!

    İndi bu tribunadan sənə səslənirik. Bir daha bizim ailəyə sataşmağa cəhd eləmə. Əks halda, qarşılığını ailən ödəyəcək. Bunu da beləcə bəlləyəcən!

    Vüqar MƏMMƏDOV

    P.S. Hadisə baş verən gün Rövnəqin bu söküntüdən xəbərsiz olduğunu güman etdik. Lakin dünən SOCAR rəhbərliyinin bu haqda məlumatlı olduğu və bundan sonra mühafizə itlərinin evə yenidən hücum etdiyi bəlli olduğundan, əmin olduq ki, bu işin arxasında birbaşa Rövnəq durur!