RÖVNƏQ ABDULLAYEV APREL ŞƏHİDİNİN EVİNİ SÖKDÜRÜR – TƏCİLİ

    9

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev aprel şəhidi Rasim Məmmədovun evinin sökülməsinə göstəriş verib.

    Bu haqda Hurriyyet.org-a şəhidin yaxınları tərəfindən məlumat verilib.

    Bildirilir ki, hazırda SOCAR-ın mühafizə xidmətinin əməkdaşları Rasim Məmmədovun ailə üzvlərinin yaşadığı Sabunçu rayon Ramana qəsəbəsindəki həyət evinə hücum çəkiblər. Həmin evin və yerləşdiyi torpaq sahəsinin bütün sənədləri qaydasında olsa da, mühafizə xidmətinin əməkdaşları iddia ediblər ki, guya, bu ev ARDNŞ-in balansında olan ərazidə tikilib. Bu baxımdan neft şirkətinin əməkdaşları evin hasarını dağıdıblar.

    Maraqlıdır ki, evin tikilməsindən uzun müddət keçsə də, indiyədək ARDNŞ tərəfindən heç bir etiraz olmayıb. Üstəlik, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsi üzərində tikintiyə də məhz müvafiq qurum tərəfindən razılıq verildiyi halda, bu ərazi necə neft şirkətinin balansında ola bilərdi?

    Digər tərəfdən, ARDNŞ-in balansında olan ərazilərdə hər gün rüşvət hesabına onlarla ev tikildiyi halda aprel şəhidinin evinin sökülməsi nə dərəcədə ədalətlidir?

    Hurriyyet.org

    Redaksiyadan: Ətraflı məlumat verəcəyik.