Rüşvət alan zaman həbs edilən direktor hakim qarşısına çıxarılır

75

Bərdədə vəzifə başında rüşvət alan zaman həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası başlayır.

Musavat.com xəbər verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin sabiq direktoru Xaləddin Ələkbərov və onun sabiq müavini İlqar Dursunovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə məhkəmə iclası Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.