Rustam Muradov  axtarışda olan Araik Arutunyanla yaxından əməkdaşlıq edir

366

Hurriyyet.org xəbər verir ki, Dağlıq Qarabağ ermənilərininin qondarma başçısı Araik Arutunyan öz “Feysbuk” hesabında Rusiyanın sülhməramlı qüvvələrinin başçısı Rustam Muradovla birlikdə çalışdığından yazıb: “Hörmətli həmvətənlər! Bu gün Artsaxdakı Rusiya sülhməramlı qüvvələrinin komandiri Rustam Mradovla birlikdə Şuşa rayonundan olan Lisaqor icması ilə görüşdüm və Stepanakert-Berdzor yolunun etibarlı olmasından şəxsən əmin oldum.

Səfərin gedişində icmanın üzvləri və hərbçiləri ilə söhbət elədim, onlarla gələcək problemləri müzakirə elədim”.

Bəlli olduğu kimi, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti elan edən Araik Arutunyan barəsində cinayət işi açılıb, onun tutularaq istintaqa cəlb edilməsi üçün İnterpola müraciət edilib.