Ruslar Xankəndində, Türkiyə hərbçiləri Şuşada – yeni gəlişmələr

189

Qardaş Türkiyənin Qarabağa hərbçilər göndərməsi rəsmiləşdi

Rusiya sülhməramlıları Xankəndində olduğu üçün Türkiyə hərbçiləri Şuşada yerləşəcək. Amma təbii ki, Türkiyə bayraqlı hərbi maşınları bütün Qarabağda görə biləcəyik. Beləliklə, Türkiyə Böyük Millət Məclisinin noyabrın 17-də verdiyi rəsmi qərarla Türkiyə hərbçilərinin Qarabağda rolu artıq rəsmiləşdi.

Türkiyə Prezident Administrasiyasından Türkiyə parlamentinə təqdim olunan və təsdiqlənən qanun layihəsindən də görünür ki, Türkiyənin Azərbaycana göndərməyi planlaşdırdığı heyət sadəcə Ortaq Monitorinq Mərkəzində fəaliyyət göstərəcək kiçik hərbi və mülki heyətdən ibarət olmayacaq. Azərbaycana gələcək Türkiyə əsgərlərinin sayını və konkret məqsəd və hədəflərini də yalnız Prezident Ərdoğan müəyyənləşdirəcək. Və bu çərçivəyə mətndən də görünür ki, sərhədlərin qorunmasından tutmuş, bir çox məsələlərə də müdaxilə etmək imkanı salınacaqdır. Bu da o deməkdir ki, Azərbaycana gələcək olan sıradan bir heyət deyil, konkret səlahiyyətlərlə gələn Türkiyə qoşunudur. Bu o deməkdir ki, artıq hansısa başqa böyük dövlətlər istədiyini oldu-bitdi ilə həyata keçirə bilməyəcək və Azərbaycanın ərazi bütünlüyü təmin ediləcək, sərhədlərdə Türk qoşunları dayana biləcək. Hətta Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və yeni çəkiləcək yolda belə. Çünki yaxın perspektivdə Rusiyanın Türkiyə ilə uzlaşması rusların geosiyasi maraqlarına da uyğundur.

Türk general rus əsgərlərinin Qarabağa gəlişi ilə bağlı

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda Rusiya ilə Monitorinq Mərkəzində iştirakı ikitərəfli razılaşmada əldə olunub. Artıq Türkiyə sülhməramlı qüvvələrinin Azərbaycana göndərilməsi TBMM tərəfindən qəbul edildi. Deməli, Türkiyə hərbi   qüvvələri Qarabağ ərazisində mövcud olacaq. Bura Hadrut, Şuşa, Xocavəndin ərazisini əhatə edə bilər: “Rusiya ilə masada Türkiyə ciddi müzakirələr aparır. Burada Türkiyə sülhməramli qüvvələrinin olması hərbi və siyasi cəhətdən Azərbaycanın maraqlarına xidmət edir.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

Rusiya müəyyən şəkildə burada Azərbaycana istədiyini qəbul etdirə bilməyəcək. Həmçinin bu onu göstərəcək ki, burada nə Abxaziya, nə də Cənubi Osetiya presedenti olmayacaq. Türkiyə diplomatik müstəvidə ərazi bütövlüyü sənədlərində həlledici maraqlarımızı  axıra kimi bizimlə qoruyacaq”.

Politoloq Şəbnəm Həsənova isə bildirdi ki, Türkiyənin ölkəmizin işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizə illərdir davam edir: “Ermənistanın işğal siyasətinə dəstək verən ölkələrdən fərqli olaraq, Türkiyənin Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, digər bütün haqlarını müdafiə edə bilməsi üçün prosesdə əvvəlindən etibarən verdiyi tam dəstək ölkəmizin beynəlxalq hüquq və suverenlik haqları çərçivəsindədir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın əks həmlə əməliyyatında əldə etdiyi irəliləyiş meydanda və bütövlükdə regionda yeni bir şərait yaratdı. Azərbaycan, Rusiya və Ermənistanın əldə etdikləri razılaşmaya əsasən 10 noyabr 2020-ci il tarixli razılaşmaya uyğun olaraq atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında mərkəz yaradıldı ki, Azərbaycanın tələbi əsasında Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alındı.

Politoloq: Bu gün Ermənistanda diktatura rejimi hökm sürür »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Şəbnəm Həsənova

Hər şeydən öncə qeyd olunmalıdır ki, Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı  mərkəzdə və bu mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan ”Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən Azərbaycanın öhdəliyinə uyğundur. Bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir. Bu, nəinki Azərbaycanın milli maraqları baxımından vacibdir, həm də bölgə xalqlarının sabitliyi və rifahının da xeyrinədir.

Türkiyə bayraqlı hərbi maşınları bütün Qarabağda görə biləcəyik. Türkiyənin ərazidə və masada rolunun artıq rəsmiləşməsi Azərbaycan, Ermənistan və bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Mövcud münaqişənin həll edilməsi əslində Ermənistanın inkişaf perspektivi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, məhz işğal siyasətinə görə siyasi və iqtisadi cəhətdən blokada şəraitində olan, eyni zamanda bütün regional layihələrdən də bilərəkdən təcrid edilən Ermənistanın gələcəyi baxımından nəinki münaqişənin həll edilməsi, eyni zamanda Türkiyənin ərazidə iştirakı Ermənistanın bir dövlət kimi ancaq xeyrinə olacaq. Türkiyə ilə Rusiyanın Qarabağda sülh yaratma missiyasına qoşulması istər Azərbaycanın, istərsə də Ermənistanın maraqlarına uyğundur”.

Politoloq hesab edir ki, bundan əlavə mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduqları planlar baş tutmadığı üçün bundan bəzi dövlətlər ciddi narahat olurlar: “Cənab Prezidentin qətiyyəti Cənubi Qafqazda qurulacaq çirkin siyasi oyunlara mane oldu. Bu gün cənab Prezident İlham Əliyev yüksək siyasi və diplomatik səriştə nümayiş etdirərək təkcə Ermənistan-Azərbaycan münaqişəsinə son qoymur, eyni zamanda bölgənin yeni siyasi konfiqurasiyasını formalaşdırır. Türkiyə ilə Rusiyanın Qarabağda sülh yaratma missiyasına qoşulması Cənubi Qafqazla heç bir tarixi, siyasi, iqtisadi əlaqələri olmayan ölkələri narahat etməməlidir. Artıq hərbi əməliyyatların bitməsini nəzərə almalı olan bu dairələr ultimativ ritorikadan çəkinərək Ermənistanı yeni reallıqlarla barışmağa çağırıb, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə səsləsələr daha məqsədəuyğun olar”

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”