Rusiyanın yeni səfiri Azərbaycana gəlib

    6

    Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov bu gün səhər saatlarında Bakıya gəlib.

    Hurriyyet.org xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkin bildirib.

    O, daha sonra bu barədə əlavə məlumatın veriləcəyini deyib.

    Qeyd edək ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.

    M. Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub

    O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.