Rusiyanın sualtı qayıqlarında baş verən qəzalar – Keyfiyyətsiz donanma, həlak olan yüzlərlə dənizçi

    33

    Rusiya dəniz dövləti olmadığı üçün hərbi-dəniz donanması da heç vaxt yüksək səviyyəsi ilə seçilməyib. Bu səbəbdən dünyanın ərazicə ən böyük dövlətində xüsusilə hərbi məqsədli sualtı aparatlarda qəzalar az qala adi hala çevrilib.

    Ümumiyyətlə Sovet və Rusiya atom sualtı qayıqlarında əsas fəlakətlər XX əsrin 60-cı illərində baş verib.

    Hurriyyet.org musavat.com-a istinadla onlardan bəzilərini təqdim edir:

    1961-ci ildə ballistik raketlə silahlanmış “K-19” seriyalı ilk sovet atom sualtı qayığının nüvə reaktorunda qəza baş verib. Şüalanma nəticəsində 8 dənizçi həlak olub. 1972-ci ildə həmin qayıqda baş verən yanğnda isə 30 adam, o cümlədən 2 xilasedici ölüb. Qeyd edək ki, başıbəlalı qayıqdakı qəza barədə Hollivud hətta “K-19” adlı film də çəkib. Baş rolda isə məşhur kino ulduzu Harrison Ford oynayır.

    Ä°lgili resim

    “K-19”

    1967-ci ildə “K-3” tipli “Leninskiy komsomol” adlı atom-sualtı qayığının qəzaya uğraması 39 dənizçinin ölümünə səbəb olub.

    Ä°lgili resim

    1968-ci ildə “K-27” təcrübə tipli atom sualtı qayığında radiokativ qaz tullantısı 9 şəxsin həyatına son qoyub.

    1970-ci ildə Sovet “K-28” atom sualtı qayığı (ASQ) batıb. Nəticədə 52 adam həlak olub. Gəminin göyərtəsində nüvə başlıqlı raketlərin olduğu iddia olunurdu.

    1973-cü ildə sovet “K-56” ASQ Sakit okeanda radioelektron kəşfiyyatı aparan gəmi ilə toqquşub. Nəticədə 27 dənizçi həlak olub. İki şəxs isə sonradan qayığın təmiri zamanı hidroizolyasiya şəratində boğularaq ölüb.

    1980-ci ildə Sovet “K-122” ASQ-da Okinava adası yaxınlığında baş verən yanğında 14 dənizçi həlak olub. Qayıq sonradan metal hissələrə parçalanıb.

    1983-cü ildə “K-429” tipli sualtı qayıq batıb. 16 dənizçi də bu zaman ölüb. İki il sonra isə onu qaldırmaq cəhdləri heç bir fayda verməyib və nəticədə gəmi açıq dənizin sularına qərq olub.

    K-429 1983 ile ilgili görsel sonucu

    1989-cu ildə Norveç dənizində “Komsomolets” adlı atom –sualtı qayığında baş verən yanğın 42 dənizçinin ölümünə səbəb olub.

    2000-ci ildə “Kursk” ASQ-nin təlim zamanı batması 118 dənizçinin ölümünə yol açıb.

    2008-ci ildə isə “Nerpa” ASQ-nin yanğınsöndürmə sisteminin birdən-birə işə düşməsi nəticəsində 20 dənizçi həlak olub.