Rusiyanın Tovuz döyüşlərindən sonra Ermənistana satdığı silahlar – SİYAHI

54
File written by Adobe Photoshop? 5.2

Bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində 2016-cı ilin Aprel döyüşlərindən sonra ən böyük gərginlik yaşandı. Döyüşlərin getdiyi sırada Rusiyadan Ermənistan hərbi təyinatlı yükdaşıyan təyyarə reysləri xüsusilə intensiv xarakter aldı.

Avuqustun 12-də Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı zamanı İlham Əliyev iyulun 17-dən bəri Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava sərhədlərindən keçməklə Ermənistana 400 tondan artıq hərbi yükün daşındığını bildirmişdi. O, bu faktın Azərbaycanda narahatlıqla qarşılandığını da Putinin diqqətinə çatdırmışdı.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Ermənistana daşınan silahlara müasir hava hücumundan müdafiə vasitələri, radioelektron mübarizə avadanlıqları, kiçik və orta ölçülü radiolokasiya stansiyaları, artilleriya mərmiləri və s. daxildir.

Təsdiqlənməmiş məlumatlara görə, Ermənistana satılan texnika arasında S-300 zenit-raket kompleksinin əlavə divizionu da var.