Rusiyanın səssizliyi və İranın “cəhənnəmə gedən”ə yoldaş olması

123

Və yaxud düşmənin “göz yaşları”na inanmaq olarmı?

Qurulmaqda olan yeni dünya düzəninin atəş nöqtələrindən biri hazırda Azərbaycan ordusunun işğaldan azad etməyə çalışdığı Qarabağdır. Hazırda ordumuzun əməliyyatı hansı bölgəyə qədər genişləndirməsi barədə tam bilgi verilməsə də, Qarabağın  erməni terrorçularından tam azad ediləcəyinə və bir nəfər də terrorçu sağ buraxılmayacağına, torpağımızın hər qarışının geri alınacağına xalqımız inanır. Qəribədir ki, bu arada Rusiyanın səssizliyinə şahid oluruq. Putin nəyi gözləyir – Paşinyanın linç edilib qovulduğu və bir vaxt həbsə saldırdığı Koçaryanla yerini dəyişdirib, onun ovcuna düşməyinimi?

Rusiyadan daha çox atəşkəs barədə tələb qarışıq isterikaya Fransa Türkiyə və Azərbayacanın dirənməsi ilə sözünün yerə yox “quyunun dibinə” düşdüyünü görsə də ağıllanmır. Afrikada dəfələrlə üz-üzə gəldiyi Türkiyəni bu dəfə Qarabağda tələyə salacağını və Ankaranın diqqətini Liviya, Livandan çəkib Qarabağa yönəltdiyini düşünən Makron ayaqları titrəyə-titrəyə atəşkəs diləyir. Ölüm və qan içində həyatlarını itirən insanları düşündüyü, yoxsa “humanist” olduğu üçünmü?

Sülhməramlıların gəlişinə çağırış nədən belə tələsik və dəfələrlə edilir?

Xalqımızın hərbçilərimizin qələbəsi sayəsində itirdiyi özgüvənin yerinə gəlməsi, 1-ci Qarabağ savaşının məğlubiyyətindən aldığı yaraların və travmaların yerini verdiyi qələbə əhval-ruhiyyəsi “çoxbucaqlı” Parisin atəşkəs çağırışları ilə yerlə bir olar. İkincisi, atəşkəs sülhməramlı adı altında Azərbaycanın qələbəsini istəməyən ölkələrin professional hərbçilərindən ibarət kontingentinin bölgəyə yeridilməsi olar ki, bu vəziyyətdə onlara qarşı savaşmaq beynəlxalq təzyiq səbəbindən mümkün olmaz. Yaranan durumun dəyişdirilməsinə cəhd 3-cü dünya müharibəsinin başlanmasına gətirər. Ölkəmiz isə “iribuynuzlu”ların tapdağı altında qalar. Bu səbəbdən qətiyyən dayanmaq olmaz. Əslində ardınca Qarabağ hərəkatının gəldiyi Tovuz hadisələri böyük bir hesablaşmanın başlanğıcı idi. ATƏT-in də missiyası Ermənistanın işğalına zamanla legitim don geyindirilməsi idi. İrəvan və himayədarları hazırda “böyük şok” yaşayırlar.

Digər tərəfdən, Qarabağdan üzü İrəvana qaçan ermənilərin çətin durumdan qurtarılması üçün bölgəyə Azərbaycan tərəfdən humanitar dəhliz açılması təklifi səslənməkdədir. Əslində, bu, ədalətli düşünə bilənlərə Xocaldakı dinc əhaliyə divan tutan ermənilərlə müqayisə üçün tutarlı addımdır. Bu məsələ reallaşa bilərsə, Ermənistanın guya Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün “Laçın koridoru” bəhanəsi avtomatik qüvvədən düşür. Həmçinin bu dövlətimiz üçün yaxşı piar ola bilər.

Qarabağ alınandan sonra qaçqın düşümüş insanlar tam tərkibdə evlərinə qayıtmalıdırlar. Təbii ki, ailədəki artmış fərdləri ilə. Dövlət tərəfindən hüquqi müstəvidə Qarabağın çox geniş sayda azərbaycanlı – türk əhali ilə məskunlaşdırılması üçün əlverişli şərtlərin təmini zəruridir ki, bir daha erməni “çoxluğu” söhbəti təkrar gündəmə gələ bilməsin. Yəqin ki, ermənilərin Livan və Suriyadan aldadıb gətirdiyi ermənilər tez zamanda bölgədən uzaqlaşarlar. Azərbaycanın suverenliyini qəbul edib qalanlar isə düzgün demoqrafik siyasət sayəsində azlığa düşməli və nəzarət altına alınmalıdırlar. Onların Ermənistanın “neqativ təsirinə” düşməməsi üçün tədbirlər görülməlidir. Ümumiyyətlə, məskunlaşdırma məsələsinə dövlət səviyyəsində mütləq xüsusi diqqət ayrılmalıdır. Etnik azlıqların yaşadığı bölgələr xüsusi strategiya və planla məskunlaşdırılmalıdır.

Qayıdaq koridor məsələsinə… Bildiyimiz kimi, “erməni humanitar koridoru” kimi təqdim edilən Laçın koridoru Ermənistan ilə Qarabağın dağlıq hissəsini bir-birinə bağlayan keçid nöqtəsidir. Fransada 1990-cı il 20 yanvarda yayınlanan “Le journal de Dimanche” qəzetinin İrəvan müxbiri Claude-Marie Vadrot imzasıyla verdiyi qorxunc bir gerçəyi ortaya çıxan xəbərdə “Öncəki gün səhər saat 4-ə yaxın Beyrutdan gələn təyyarələr ağır silahlar, pulemyotlar, minaatan və raket atıcıları ilə dolu sandıqları İrəvana gətirdi. İrəvan hava limanında Ermənistan gömrük zabitlərinin köməyi ilə boşaldılan bu silahların daşınması sentyabr ayında başladı. Bir neçə yüz Livan ermənisi bu gecə və əvvəlki reyslərdə Ermənistan Respublikasına vizasız olaraq girdi. Erməni silahlı dəstələrinin başına keçən Beyrut və Dəməşqdən gələn bu silahlıların bir qismi Livandakı terrorçu dairələrdə tanınmış şəxslər idi, onların bir qismi İrəvandan sərhəd ərazilərə, bir qismi isə Dağlıq Qarabağa göndərildi”, – deyə bilgilər yer almışdı. Gördüyümüz kimi, hələ o zamanlar fransız qəzeti terrorçu dəstələrdən yazmışdı və onların istifadə etidiy yol Laçın koridoru idi ki, hətta 30 il ərzində gedən danışıqlarda da Laçın koridorunun ermənilərin əlində saxlanılması onlar üçün vazkeçilməz idi. Bəllidir ki, hansı məqsədlər üçün…

Bakı Minsk qrupunun təslimşi sülhünə razılaşsaydı, İrəvan Laçın koridorundan Azərbaycana qaytarılacağı güman edilən 5 rayonu hər an partlamağa hazır vəziyyətdə saxlayacaqdı.

Ermənistanın savaş ərazisinə daxil olmayan yaşayış məntəqələrimizə mərmilərlə zərbə endirməsi onun terrorçu mahiyyətini bir daha vurğulayır. Həmçinin İrəvan savaşı Qarabağdan Azərbaycanın içinə keçirməyə cəhd edir ki, özünün də daxili ərazilərinə zərbə endirilməsi ilə cavab alsın. Doğrudur, bununla həm Rusiyanı savaşa cəlb etməyə can atır, çünki özü zəifdir, həm İranı da işə qatmaq istəyir ki, savaş daha böyük miqyas alsın. İranın bu savaşa girməsi onun sonunu gətirər. Bəllidir ki, hazırda ermənilər üçün “cəhənnəmə gedən yoldaşını çox istəyər” məsəli keçərlidir. Özünün bu savaşdan salamat çıxmayacağını bilən Paşinyan panika içində onun siyasi karyerasının sonunu gecikdirmək üçün ətrafına əl-qol atmaqdadır. Nə Rusiya, nə İran bu tələyə düşmək istəməz. Düşərlərəsə, bu burulğan Tehranı da, Moskvanı da udacaq.

Ermənilərin yaşayış məntəqələrimizi atəşə tutmasının cavab olaraq ordumuz Qarabağın təmizlənməsini sürətlə bitirib, sərhəd xəttini Ermənistan-Azərbaycan sərhəddinə qaytarmalıdır. Artıq bundan sonra Ermənistan bizim iç bölgələrimizə raket zərbələrini davam etdirəcəyi təqdirdə, məhz bu məqamı əsas gətirərək, cavab olaraq Zəngəzur istiqaməti eyni şəkildə zərbəyə məruz qoulya bilər.

Türkiyə Moskvanın Aralıq dənizində “müvəqqəti” mövcudluğuna bir az göz yumaraq, sövdələşməni təmin edə bilər. Ola bilər ki, Kreml bu jestin sayəsində Zəngəzurun itirilməsinə göz yumsun. Bu ayağımıza qədər gəlmiş bir fürsətdir. Daha çox zəiflədilməyə çalışılan Rusiyanın da, ermənilərin də burnunun ovulmasına səbəb ola bilər. Məhz bu səbəbdən Kreml hələ ki, sakitliyini qoruyur. Amma  bu susqunluq heç də xeyir əlaməti olmaya bilər…

Ülviyyə ŞÜKÜROVA